Azərbaycan
Somaliyə yardım ilə əlaqədar BMT-nin Çoxtərəfli
Etimad Fondu ilə saziş imzalamışdır
Avqustun 11-də Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev və BMT-nin Çoxtərəfli Etimad Fondunun ofisinin icraçı əlaqələndiricisi Bisrat Akiullu müvafiq olaraq Azərbaycan hökuməti və BMT-nin İnkişaf Proqramı adından Somalidə Ümumi Humanitar Fond üçün Standart İnzibati Sazişi imzalamışlar.
Azərbaycanın BMT yanında daimi nümayəndəliyindən bildirmişlər ki, sazişi imzalamaqla, Azərbaycan hökuməti Somalidə qida böhranının aradan qaldırılması və Somali xalqının əzabının azaldılması istiqamətində davam edən beynəlxalq və milli səylərə dəstəklə bağlı Somali hökumətinin və digər beynəlxalq təşkilatların təcili yardım çağırışlarına cavab vermişdir.
Sazişə əsasən, Azərbaycan
hökuməti yuxarıdakı məqsədlər
üçün 100 min ABŞ dolları ayırmış və
bu məbləğ saziş imzalandıqdan dərhal sonra
Çoxtərəfli Etimad Fondunun ofisi vasitəsilə Somalidə
Ümumi Humanitar Fonda köçürülmüşdür.
Azərbaycan.- 2011.- 13 avqust.- S. 3.