Gülüstan qalasına aparan
gizli yol aşkara çıxarılmışdır
Şamaxı rayonundakı Gülüstan
qalasında Şamaxı-Ağsu Arxeoloji
Ekspedisiyası tərəfindən aparılan qazıntı işləri davam edir.
Azərbaycan
Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya
İnstitutundan bildirmişlər ki, ekspedisiya Gülüstan
qalasına aparan yeraltı gizli yolu aşkar etmişdir. Həmin
yol mühasirələr zamanı düşmənə arxadan
zərbə vurmaq və qala işğal edilərsə,
Şirvanşahın qalanı tərk etməsi
üçün nəzərdə tutulmuşdur.
Gizli
yol Gülüstan qalasının yaxınlığından
keçən Zoğalavay çayının sahilinə
çıxır. Yolun yaxınlığında
çayın sahilində Pirdirəki ilə
Gülüstanı birləşdirən körpünün
qalıqları da aşkara
çıxarılmışdır.
Tarixçi
alimlərin fikrinə görə, qalanın
döyüşçüləri mühasirələr
zamanı bu yol vasitəsilə
qaladan enib Zoğalavay çayının sahilində olan
bulaqlardan su götürürmüşlər. Həmin əraziyə baxış
keçirilərkən yeraltı yolun
yaxınlığında
kükürdlü və təmiz suyu olan bir neçə
bulaq aşkar edilmişdir.
Xatırladaq
ki, arxeoloji turizm baxımından böyük əhəmiyyətə
malik Gülüstan qalası Azərbaycanın çətin dövrlərində qanlı
çaxnaşmaların, dramatik səhnələrin şahidi olmuş əzəmətli
tarixi abidədir. Müharibələr zamanı Gülüstan
qalası öz əzəməti ilə düşmən
ordularına qarşı dayanan birinci hərbi istehkam tipli
qalalarımızdan olmuşdur. Qala XVII əsrdə Səfəvilər
tərəfindən dağıdılaraq xarabalığa
çevrilmişdir.
Azərbaycan.- 2011.-13 avqust.- S.
3.