"The Washington Post": Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ erməni əsgərləri və etnik erməni qüvvələrinin nəzarəti altında saxlanılır

 

ABŞ-ın nüfuzlu "The Washington Post" qəzetinin 14 avqust tarixli nömrəsində "Sovet İttifaqının dağılmasından 20 il sonra keçmiş respublikalar ümidverici və narahatedici gələcəklərlə üzləşir" sərlövhəli məqalə dərc olunmuşdur.

Postsovet məkanındakı münaqişələri təhlil edən məqalənin müəllifi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə də toxunmuşdur. Qeyd olunmuşdur ki, bu münaqişə 1994-cü ildə atəşkəslə dayandırılmışdır. On ildən çox sürən beynəlxalq vasitəçilik cəhdləri heç bir nəticə verməmişdir. Müharibənin yenidən başlanması Avropa neft bazarlarına zərbə vura bilər, çünki Azərbaycan ərazisindən Qərbə neft ixrac olunur.

Yazıda Azərbaycanın ərazisi olan Dağlıq Qarabağın erməni əsgərləri və etnik erməni qüvvələrinin nəzarəti altında saxlanıldığı faktı da xüsusi vurğulanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 16 avqust.- S.  7.