Y.T.Əliyevin Azərbaycan Respublikasının Çin Xalq Respublikasında, Vyetnam Sosialist Respublikasında, Koreya Xalq Demokratik Respublikasında və Monqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Yaşar Tofiqi Əliyev Azərbaycan Respublikasının Çin Xalq Respublikasında, Vyetnam Sosialist Respublikasında, Koreya Xalq Demokratik Respublikasında və Monqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılsın.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 avqust 2011-ci il

 

Azərbaycan.- 2011.-17 avqust.- S., 1.