Nazirlər Kabineti Azərbaycanda iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar qəbul etmişdir
Azərbaycan Respublikasının Nazirlər Kabineti iş və istirahət günlərinin yerinin dəyişdirilməsi haqqında qərar qəbul etmişdir.
Nazirlər
Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, bu qərar
Əmək Məcəlləsinin 105-ci maddəsinin 7-ci hissəsinə
uyğun olaraq qəbul edilmişdir.
Qərara əsasən iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədi ilə 27 avqust istirahət gününün yeri 29 avqust iş gününün yeri ilə dəyişdirilmişdir. Beləliklə, Ramazan bayramı ilə əlaqədar 4 gün - avqustun 28-31-i iş günü olmayacaqdır.
AzərTAc
Azərbaycan.- 2011.- 17 avqust.- S. 3.