Uğurlarımız ölkəmizdən kənarda da diqqət çəkir və yüksək qiymətləndirilir

 

Azərbaycan dünyada ən sürətli iqtisadi inkişaf tempinə malik ölkələr arasında yer aldı. Uğurla həyata keçirilən siyasətin nəticəsidir ki, ölkəmizin makroiqtisadi sabitliyi qorunub saxlanılmış, qeyri-neft sektoru dinamik şəkildə inkişaf etmişdir. Strateji valyuta ehtiyatlarımızdan səmərəli istifadə olunması, yeni yerlərinin açılması, əhalinin sosial rifah halının ildən-ilə yüksəlməsi, ümumiyyətlə, ölkəmizin hərtərəfli dinamik inkişafı nüfuzlu xarici  mətbuat səhifələrində də yer almışdır.

Bu sırada Fransada çap olunan "Yeni iqtisadçı" ("Le Nouvel Economiste") jurnalı, Küveytin nüfuzlu "Kuwait Times", "Arab Times", "Əl-Kuveytiyyə", "Əl-Vasat" qəzetləri, Malayziyanın "The Leaders İnternational", Sudanın "Əl-Xartum Əl-Cədidə" jurnalı, Meksikanın "The News" qəzeti və digər xarici KİV-ləri dayanır.

Xarici mətbuat səhifələrində daha çox ölkəmizin sosial-iqtisadi inkişafına həsr olunmuş məqalələr dərc edilmişdir. Belə ki, Parisdə iqtisadiyyat məsələlərindən bəhs edən həftəlik "Yeni iqtisadçı" ("Le Nouvel Economiste") jurnalında "Avropanın sərhədində yerləşən və sürətlə inkişaf edən ölkə" sərlövhəli məqalədə ölkəmizin iqtisadi müstəvidə qazandığı uğurlardan danışılmışdır. Məqalədə göstərilir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi düzgündüşünülmüş iqtisadi siyasətin məntiqi nəticəsidir ki, Azərbaycanda infrastruktur müasirləşdirilir, qeyri-neft sektoru dinamik templə inkişaf edir, yeni-yeni yerləri açılır, əhalinin sosial rifahı ildən-ilə yaxşılaşır. O da qeyd olunur ki, Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında körpü rolu oynayır. Bu, öz növbəsində, ölkəmizdə həyata keçirilən infrastruktur, qlobal enerji layihələrinin dünya dövlətləri üçün önəmli olduğuna dəlalət edir.

Almaniyanın məşhur "Deutsche Welle" nəşrində Azərbaycan haqqında geniş məqalə dərc olunmuşdur. Bildirilir ki, ölkə rəhbərliyinin məqsədyönlü siyasəti nəticəsində neftdən gələn vəsaitlər insan kapitalına yönəldilir. "Əsrin müqaviləsi"nin imzalanması müasir Azərbaycanın tarixində dönüş yaratdı. Bu müqavilə, ilk növbədə, ölkənin öz xarici siyasətini daha sərbəst və inamla həyata keçirməsinə imkan yaratdı. Məqalədə paytaxt Bakının sürətli inkişafı da qeyd olunur. Göstərilir ki, Azərbaycana gələn xarici qonaqlar, turistlər Bakının hər yerində irimiqyaslı tikinti işləri ilə qarşılaşırlar. Paytaxt sakinlərinin özləri bəzən şəhərin simasının necə sürətlə dəyişdiyinə təəccüblənirlər. Ölkənin iqtisadi sabitliyini təmin edən neft gəlirlərinin bir hissəsi də infrastrukturun inkişafına və şəhərsalmaya sərf edilir. Məqalədə həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmaması ölkəmizin ən ağrılı problemi kimi göstərilir.

Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, uğurla həyata keçirilən neft strategiyası Küveytin "Əl-Vasat" qəzetində geniş əks olunmuşdur. Məqalədə qeyd edilir ki, beynəlxalq iqtisadi münasibətlərə və hüquqi normalara cavab verən irimiqyaslı, xalqın milli maraqlarına əsaslanan məqsədyönlü islahatların ardıcıllıqla reallaşdırılması ölkəmizin iqtisadi-siyasi imicini daha da artırmış, perspektiv inkişafa, xalqın maddi rifahının durmadan yaxşılaşdırılmasına əlverişli şərait yaratmışdır.

Azərbaycanın sürətli iqtisadi inkişafı Malayziyanın nüfuzlu "The Leaders İnternational" jurnalında da xüsusi qeyd olunmuşdur. Jurnalın Azərbaycana həsr olunan məqaləsində göstərilib ki, ölkəmizin sosial-iqtisadi inkişafı artıq dönməz xarakter alıb və yalnız neft amilindən asılı deyil. Regionda neft-qaz layihələrinin həyata keçirilməsində ölkəmizin önəmli rolu, qeyri-neft sektorunun davamlı inkişafı,  respublikamızın regionlarının sürətli tərəqqisi "The Leaders İnternational" jurnalında geniş şəkildə əks olunmuşdur. Məqalədə göstərilir ki, ölkə iqtisadiyyatının düşünülmüş, dəqiq proqnozlaşdırılmış proqramlar əsasında idarə edilməsi və müstəqil iqtisadi siyasət nəticəsində Azərbaycan nəinki beynəlxalq maliyyə və iqtisadi böhrandan zərər çəkməmiş, əksinə, yüksək inkişaf yoluna çıxa bilmişdir.

ABŞ-ın nüfuzlu "The Washington Post" qəzetində yer almış "Sovet İttifaqının dağılmasından 20 il sonra respublikalar ümidvericinarahatedici gələcəklərlə üzləşir" sərlövhəli məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunulmuşdur. Qeyd olunmuşdur ki, bu münaqişənin həlli yolunda on ildən çox sürən beynəlxalq vasitəçilik cəhdləri heç bir nəticə verməmişdir. Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağın etnik erməni qüvvələrinin nəzarəti altında saxlanılması bölgədə sülh və əmin-amanlığın bərpasına ciddi əngəl törədir. Müharibənin yenidən başlaması Avropa neft bazarına ciddi zərbə vura bilər.

Meksikanın "The News" qəzetində ölkəmizlə bağlı dərc edilən məqalədə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi oxucuların diqqətinə çatdırılıb. Dağlıq Qarabağ münaqişəsinin tarixihüquqi cəhətlərinə toxunularaq bildirilib ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. İşğalçılıq siyasətindən əl çəkməyən Ermənistan tərəfi beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozmaqda davam edir. Azərbaycanın insan hüquqları və demokratiya, habelə media azadlığı sahəsində əldə etdiyi uğurlar məqalədə əks edilmişdir.

Son illər respublikamızda reallaşdırılan beynəlxalq miqyaslı tədbirlər Bakını dünyanın mədəniyyət mərkəzlərindən birinə çevirib. Bu baxımdan Sudanın "Əl-Xartum Əl-Cədidə" jurnalında dərc olunan "Bakı - odlar diyarı və tolerantlıq şəhəri" adlı məqalə mühüm əhəmiyyət daşıyır. Xəzərin sahilində yerləşən Bakının zəngin keçmişindən, şəhərin qədimliyindən xəbər verən tarixi-mədəni abidələr, müasir memarlıq üslubunda tikilən, gözoxşayan göydələnlər, yaşıl xiyabanlarparklar haqqında da məlumat verilmişdir. Məqalədə Prezident İlham Əliyevin Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı nitqindən sitatlar gətirilərək qeyd edilir ki, Azərbaycanda müxtəlif din və konfessiyaların nümayəndələri tolerantlıq və dostluq şəraitində yaşayırlar.

Ümumiyyətlə, Azərbaycanda həyata keçirilən düzgündüşünülmüş siyasətin məntiqi nəticəsidir ki, ölkəmizin beynəlxalq imici getdikcə yüksəlir. İqtisadi-sosial sahələrdə qazanılan uğurların beynəlxalq mətbuat səhifələrində işıqlandırılması isə ölkəmizə verilən qiymət və maraqdan irəli gəlir.

 

 

Tural ƏHMƏDOV

 

Azərbaycan.- 2011.- 17 avqust.- S. 5.