Azərbaycan və Litva arasında diplomatik pasporta malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında Sazişin imzalanmasına dair razılıq əldə olunmuşdur

 

Azərbaycan Respublikası və Litva Respublikası arasında diplomatik pasporta malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında Sazişin mətni artıq hər iki ölkənin müvafiq qurumları arasında razılaşdırılmışdır.

Bu barədə AzərTAc-ın xüsusi müxbirinə Azərbaycanın Litvadakı səfiri Nairə Şahtaxtinskaya məlumat vermişdir. Diplomat qeyd etmişdir ki, beləliklə, Azərbaycanın  Şengen sazişinə üzv olan ölkələrlə viza rejiminin aradan qaldırılması yolunda daha  bir addım atılacaqdır. Litva bu sahədə Azərbaycanın Saziş imzaladığı  Avropa İttifaqına üzvü olan bir neçə ölkədən  biri olacaqdır.

 

 

Nigar HÜSEYNOVA,

AzərTAc-ın xüsusi müxbiri

Vilnüs

 

Azərbaycan.- 2011.- 18 avqust.- S. 4.