İçərişəhər
"Cümə məscidi"ndə müqəddəs Ramazan bayramına geniş
hazırlıq görülür
Hər bir müsəlmanın sevinc və səbirsizliklə gözlədiyi müqəddəs Ramazan ayı İçərişəhər "Cümə məscidi"ndə əvvəlki illərdən daha geniş və təmtəraqla keçirilir.
Səbail Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, bununla əlaqədar ilahi hikmətlər xəzinəsi "Qurani-Kərim"in nazil olduğu bu bayrama məscidin icması tərəfindən xüsusi hazırlıq görülmüşdür. Ramazan ayının başlandığı vaxtdan etibarən hər gün məsciddə icma üzvləri və imkansızlar üçün iftar süfrələri təşkil olunur.
İftar süfrələrinin açılması üçün imkanlı şəxslərin, o cümlədən tanınmış incəsənət xadimlərinin, iş adamlarının köməyi, həmçinin "Cümə məscidi" dini icması üzvlərinin yaxından iştirakı ilə müvafiq tədarük görülmüş, həmçinin imkansız, kasıb, xəstə, əlil insanları, onların ailələrini sevindirmək məqsədi ilə bu ailələrə ərzaq yardımı göstərilmişdir.
Bu ənənə Ramazan bayramı günlərində də davam etdiriləcəkdir.
Azərbaycan.- 2011.- 18 avqust.- S. 4.