A.Ə.Aslanovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Aslan Əhməd oğlu Aslanov "Şöhrət" ordeni ilə təltif edilsin.

 

 

 İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 avqust 2011-ci il

 

Azərbaycan.- 2011.- 19 avqust.- S. 1.