Bilik ocağında keyfiyyət, müasirlik və yüksək zövq
vəhdət təşkil edir
Dövlətin xüsusi qayğısı sayəsində təhsil sahəsində ən diqqətçəkən nəticələr ölkədə məktəb tikintisinin geniş vüsət alması ilə bağlıdır. Bu problemin həlli - məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının inşası regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarında, ölkə başçısının fərman və sərəncamlarında öz əksini tapmışdır.
Son bir neçə il ərzində Azərbaycanda 2000-dən çox yeni məktəb binası tikilmiş və əsaslı təmir edilmişdir. Nəticədə əksər məktəblərdə çoxnövbəlilik aradan qaldırılmış, beşgünlük tədris həftəsinə keçilmişdir.
Təhsil infrastrukturunun
yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri xüsusi vurğulanmalıdır. Fondun dəstəyi ilə Ağsu
rayonunun 9 kəndində yeni
məktəb binası tikilib istifadəyə
verilmişdir. Keçən dərs ilində
V.Məmmədov adına Çiyni kənd
tam orta məktəbi
şagirdlərini ikimərtəbəli, müasir
standartlara uyğun yeni binada qəbul etmişdir. Burada
şagirdlərin biliklərə yiyələnmələri üçün hər cür
şərait yaradılmışdır. Sinif
otaqları, fənn kabinetləri, laboratoriyalar
yeni avadanlıq və dərs ləvazimatları,
əyani vəsaitlərlə təmin olunmuşdur.
Geniş və işıqlı foyedə ulu öndər Heydər Əliyevin həyat və
fəaliyyətinə həsr olunmuş xüsusi guşə
yaradılmışdır. Zövqlə tərtib edilmiş fotostendlərdə Prezident
İlham Əliyevin, Heydər Əliyev Fondunun müəllimə, gənc nəslə,
ümumiyyətlə, ölkə təhsilinə və elminə
göstərilən qayğı və diqqət geniş əksini tapmışdır. Məktəbin
akt zalında kütləvi tədbirlərin
keçirilməsi üçün də
hər cür şərait var. Şagirdlər geniş
zalda idmanın əksər növləri
ilə məşğul olurlar. Təhsil
ocağının müasir kitabxanası
isə dərsliklərlə, bədii ədəbiyyatlarla təchiz
edilmişdir. Məktəbdə
yaradılmış şərait müəllim kollektivinin böyük
sevincinə səbəb olmuşdur. Bir sözlə, bu bilik ocağında keyfiyyət, müasirlik və yüksək zövq
vəhdət təşkil edir.
Azərbaycan.- 2011.-19 avqust.- S. 3.