Afrika
İttifaqı Somali xalqına ayırdığı humanitar
yardıma görə Azərbaycana təşəkkür
etmişdir
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Afrika İttifaqı Komissiyasının sədri Jan Ping Azərbaycana təşəkkür məktubu ünvanlamışdır.
J.Ping məktubunda Afrika İttifaqı
adından Somalidəki humanitar fəlakətin aradan
qaldırılması üçün ölkəmizin Somali
xalqına etdiyi maliyyə yardımına görə Azərbaycan
Prezidenti İlham Əliyevə, Azərbaycan hökumətinə
və bütün xalqımıza səmimi təşəkkürünü
bildirir.
Azərbaycan.- 2011.-20 avqust.- S. 1.