Müstəqilliyin bərpasından sonra ölkə iqtisadiyyatına 100 milyard dollara yaxın investisiya qoyulmuşdur

 

Son 10 ildə əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3 dəfə artmışdır

 

Əgər təxminən 200 ildən sonra - XX əsrin əvvəllərində, dəqiq desək, 1918-ci il mayın 28-də elan olunmuş müstəqil Azərbaycan Xalq Cümhuriyyəti o dövrün böyük gücləri arasında baş verən siyasi-hərbi mübarizələrə 23 ay duruş gətirə bilmişsə, bu gün həmin yüzilliyin sonunda - 1991-ci ilin oktyabrında bərpa etdiyimiz dövlət müstəqilliyinin 20-ci ildönümünü yaşayırıq. Bütövlükdə Azərbaycanın və xalqımızın tarixində çox mühüm hadisə sayılan bu iki təqvim gününü bir-birindən 71 il ayırsa da, geosiyasi olaylar baxımından onların arasında oxşar məqamlar az deyil.

Hər iki dəfə Azərbaycan öz müstəqilliyini Rusiya imperiyasının siyasi-iqtisadi (1918-ci ildə həm də hərbi) cəhətdən zəifləməsi nəticəsində əldə etmişdir. Həm əsrin əvvəllərində, həm də sonlarında neftlə zəngin olan Azərbaycan nəinki region ölkələrinin, eləcə də dünyaya meydan oxuyan dövlətlərin əsas maraq çərçivəsində idi. Bu maraqların təmin edilməsi üçün müstəqilliyimizin hər iki dövründə Azərbaycana təsir vasitəsi kimi erməni separatçılarının timsalında Ermənistan seçilmişdir. Nəhayət, Azərbaycan hər iki siyasi müstəqilliyinə qovuşan zaman böyükgüclü imperiyanın kiçik və zəif əyaləti səviyyəsində olmuşdur. Bu cəhətdən Azərbaycan Xalq Cümhuriyyəti dövrünü kənara qoyaraq, təxminən 20 il əvvəl müstəqilliyini bərpa etmiş ölkəmizin sosial-iqtisadi cəhətdən keçdiyi yola və əldə etdiyi uğurlara qısa nəzər salmağa çalışacağıq.

Beləliklə, tarix üçün çox qısa zaman olan bu illərdə Azərbaycan xaotik sosial-iqtisadisiyasi vəziyyətdən bu gün hər birimizin şahidi olduğu dinamik sosial-iqtisadi inkişaf mərhələsinə qədər çətin və şərəfli yol keçmişdir. Bir neçə fakta nəzər salaq: müstəqilliyin bərpasının ilk illərində ölkə iqtisadiyyatı hər il orta hesabla 16 faiz azalmış, inflyasiya səviyyəsi 1800 faizə çatmış, büdcə kəsirinin ümumi daxili məhsul istehsalına nisbəti 13 faizə qədər artmış, xarici ticarət dövriyyəsinin həcmi 42 faiz geriləmişdi. Əhalinin əməkhaqqı isə 5,7 dəfə aşağı düşmüşdü. Digər tərəfdən, daxili siyasi böhran, ölkənin 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edilməsi, 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi sosial-iqtisadi böhranı daha da dərinləşdirmiş və nəticədə iqtisadiyyat idarəolunmaz vəziyyətlə üzləşmişdi.

Belə bir şəraitdə bütün həyatını Azərbaycana həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla ölkənin yeni inkişaf dövrünün başlanğıcını qoydu. Ulu öndərin  qətiyyəti və müdrik siyasəti sayəsində qısa zamanda atəşkəs rejiminə nail olundu, mükəmməl sosial-iqtisadi inkişaf strategiyası əsasında radikal islahatlara başlanıldı,  müstəqil dövlətçiliyin mühüm atributları yaradıldı, ölkədə sabitlik və qanunların aliliyi təmin olundu, gələcək inkişaf üçün möhkəm iqtisadi təməl formalaşdırıldı. Ən əsası isə, dünyanın aparıcı transmilli neft şirkətləri ilə yeni tariximizə  "Əsrin müqaviləsi" kimi daxil olan möhtəşəm müqavilə imzalandı, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinin təməli qoyuldu və bununla da Azərbaycan dünyada enerji təhlükəsizliyi sisteminin fəal iştirakçısına çevrildi.

Bunlardan əlavə, ümummilli liderin təşəbbüsü ilə neft gəlirlərinin səmərəli idarə edilməsi, həmin vəsaitlərin qeyri-neft sektorunun inkişafına və sosial-iqtisadi baxımdan mühüm layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Dövlət Neft Fondu yaradıldı.

Neft sektoru ilə yanaşı, ulu öndərin rəhbərliyi ilə liberal bazar iqtisadiyyatı qanunvericiliyinin, büdcə, vergi, bank-maliyyə sisteminin formalaşdırılması, aqrar islahatların həyata keçirilməsi, dövlət əmlakının özəlləşdirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli biznes mühitinin yaradılması nəticəsində yeni iqtisadi sistemə keçidin əsası qoyuldu.

Ulu öndər Heydər Əliyevdən sonra sosial-iqtisadi inkişaf strategiyası Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə makroiqtisadi sabitlik hökm sürür. İqtisadiyyatın diversifikasiyasına, enerji və ərzaq təhlükəsizliyinə nail olunmuş, əhalinin həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlmişdir.

Azərbaycanda hasil edilən karbohidrogenlərin dünya bazarlarına nəql edilməsi üçün Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəməri, eləcə də Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru Kəməri istismara verilmişbununla da enerji ixracının diversifikasiyası təmin edilmişdir.

Müxtəlif sahələr üzrə qəbul edilmiş dövlət proqramlarına uyğun olaraq, qeyri-neft sektorunun inkişafı, bu sahəyə daxilixarici investisiyaların cəlb olunması, infrastrukturun müasir səviyyədə qurulması, istehsal prosesində müasir texnologiyaların istifadəsinin stimullaşdırılması, regionların inkişafı, biznesinvestisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı, rəqabətqabiliyyətli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsi istiqamətində intensiv işlər görülür. Eləcə də transmilli nəqliyyat proqramları və layihələri çərçivəsində, o cümlədən TRASEKA və Şimal-Cənub beynəlxalq dəhlizlərinin Azərbaycan seqmentində avtomobil magistrallarının tikintisi və yenidən qurulması, regionlarda, xüsusən dağ rayonlarında yol şəbəkəsinin bərpası və təkmilləşdirilməsi tədbirləri həyata keçirilir.

Ölkədə elektrik enerjisi istehsalının generasiya gücləri artırılmış, Azərbaycan enerji idxalçısından onun ixracatçısına çevrilmiş, həmçinin alternativ və bərpa olunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi üçün qanunvericilik bazası təkmilləşdirilmiş və zəruri institusional tədbirlər reallaşdırılmışdır. Bu gün Azərbaycanda qazlaşma səviyyəsi 85 faiz təşkil edir. Yaxın dövrdə isə bu rəqəmin   90 faizə catdırılması nəzərdə tutulub.

Sənayeləşmə siyasəti çərçivəsində yenimüasir texnologiyalara əsaslanan elektrotexnika, əlvan metallurgiya, maşınqayırma, kənd təsərrüfatı məhsullarının emalı, tikinti materiallarının istehsalı da daxil olmaqla təkcə ötən il 60 sənaye müəssisəsi istifadəyə verilmiş və 80-dən çox sənaye müəssisəsinin tikintisi davam etdirilmişdir.

İqtisadi uğurların qazanılmasında özəl sektorun rolunu xüsusilə qeyd etmək lazımdır. Sahibkarlığın inkişafına dövlət qayğısnın nəticəsidir ki, bu gün Azərbaycanda özəl  sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilmiş, onun ÜDM-dəki payı 80 faizi ötmüşdür. Qabaqcıl təcrübənin, müasir texnologiyaların tətbiqinə əsaslanan istehsal, emalinfrastruktur sahələrinin yaradılması məqsədilə Prezidentin tapşırıqlarına uyğun özəl sektora dövlət dəstəyi tədbirləri davamlı olaraq gücləndirilir, sahibkarlıq subyektlərinə maliyyə təminatlarını yaxşılaşdırmaq üçün güzəştli kreditlər verilir.

Bununla yanaşı, ölkədə istehsal olunan qeyri-neft məhsullarının mövcudpotensial xarici bazarlara ixrac imkanlarının daha da genişləndirilməsi məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsi, ixrac mallarının istehsalının stimullaşdırılması, ixracın infrastruktur təminatının yaxşılaşdırılması, o cümlədən sənaye şəhərciklərinin, potensial ixrac bazarı ölkələrində Azərbaycan ticarət evlərinin yaradılması və digər vacib istiqamətlərdə zəruri işlər aparılır.

Sahibkarlığın inkişafı və Azərbaycan şirkətlərinin maliyyə imkanlarının genişlənməsi nəticəsində artıq azərbaycanlı adamları xarici ölkələrə investisiyalar yatırırlar və bu rəqəm indi milyard dollarlarla ölçülür. Eyni zamanda, milli sahibkarların xarici ölkələrdə fəaliyyətinin genişləndirilməsi və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün adamlarının birliklərinin yaradılması üzrə müvafiq tədbirlər görülür. Artıq Türkiyə və Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyi təsis edilmişdir. Bu sırada onu da qeyd edək ki, ölkədə istehsal olunan rəqabətqabiliyyətli məhsulların xarici bazarlara ixracının təşviq edilməsi üçün yerlixarici adamlarının, eləcə də beynəlxalq tərəfdaşların iştirakı ilə mütəmadi olaraq biznes forumları, "dəyirmi masa"lar və ikitərəfli görüşlər təşkil olunur. Təkcə cari ilin ilk 6 ayı ərzində ölkədə 45 və xaricdə 62 belə tədbir keçirilmişdir. Həmin tədbirlərdə kənd təsərrüfatı və ərzaq sənayesi, tikinti, İKT, maliyyə, konsaltinq, nəqliyyat, logistika, sənaye, alternativ enerji və səhiyyə sektorlarından 2500-ə yaxın yerlixarici adamları və nümayəndələr iştirak etmişlər.

Azərbaycan məhsulları xarici ölkələrdə təşkil olunan sərgilərdə uğurla nümayiş etdirilirböyük maraqla qarşılanır. Bu il Almaniyanın Berlin, Fransanın Leql, Belçikanın Brüssel, Rusiyanın Moskva və Həştərxan şəhərlərində keçirilmiş sərgilərdə ölkəmiz geniş çeşidli məhsullarla təmsil olunmuşdur. Ötən il isə Azərbaycanın Özbəkistanda ilk milli sərgisi keçirilmişdir. Ümumiyyətlə, Azərbaycan regional əməkdaşlığa xüsusi önəm verirbu istiqamətdə çox sayda uğurlu layihələr reallaşdırır.

Ötən dövrdə sosial infrastrukturun daha da təkmilləşdirilməsi həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri olmuşdur. Son illər ümumi məktəblərin 40 faiziya 2000-dən çox məktəb binası yenidən tikilmiş, genişləndirilmiş, əsaslı təmir olunmuşdur. Eləcə də aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb müəssisələri yaradılmış, onlarca yeni xəstəxana və diaqnostika mərkəzi istifadəyə verilmişdir. Bu layihələrin gerçəkləşməsində Heydər Əliyev Fondunun xüsusi rolu olmuşdur.

Həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticəsidir ki, son 10 ildə ÜDM 4, adambaşına düşən ÜDM 3,6, qeyri-neft sektoru üzrə ÜDM 2,8, əsas kapitala yönəldilmiş investisiyalar 11 dəfədən çox, dövlət büdcəsinin gəlirləri 16 dəfə artmışdır. Müstəqilliyin bərpasından sonra ölkə iqtisadiyyatına 100 milyard dollara yaxın investisiya qoyulmuşdur ki, bu da adambaşına düşən investisiyaya görə MDB dövlətləri arasında yüksək göstəricilərdən biridir.

İqtisadi sahədə əldə edilmiş dayanıqlı inkişaf əhalinin həyat səviyyəsinin  yüksəlməsini təmin etmişdir. Belə ki, son 10 ildə əhalinin gəlirləri 6,3, orta aylıq əməkhaqqı 7,3, əhalinin əmanətləri 38,2 dəfə artmış, ölkədə yoxsulluq səviyyəsi 5,4 dəfə azalaraq 47 faizdən 9,1 faizə enmişdir. Bu müddət ərzində 1 milyonadək yeni yeri yaradılmışdır. Həmçinin bu dövrdə Azərbaycanın ticarət apardığı tərəfdaş ölkələrinin sayı 147-yə çatmış, xarici ticarət dövriyyəsi 9,6, o cümlədən ixrac 12,2 dəfə yüksəlmişdir. Habelə ölkənin davamlı iqtisadi inkişafını təmin edə biləcək strateji valyuta ehtiyatları formalaşdırılmış və onun həcmi artıq 40 milyard dollara çatmışdır. Ən nəhayət, xüsusi olaraq onu da qeyd etmək lazımdır ki, bu gün Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatında payı 75 faizdir.

Uğurlarımızın əsas səciyyəvi xüsusiyyətlərindən biriqlobal maliyyə-iqtisadi böhranı dövründə Azərbaycan iqtisadiyyatının öz inkişaf tempini qoruyub saxlaya bilməsidir ki, bu da, öz növbəsində, həyata keçirilən sosial-iqtisadi siyasətin alternativinin olmadığını göstərir.

Bu siyasətin nəticələri dünya miqyasında da yüksək qiymətləndirilir. Məsələn, Dünya İqtisadi Forumu tərəfindən 2010-2011-ci illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan MDB ölkələri arasında lider mövqeyini qoruyub saxlamış, makroiqtisadi mühitin stabilliyi alt indeksi üzrə 139 ölkə arasında 13-cü olmuşdur. Eləcə də "Standard and Poors" və "Moody's" beynəlxalq reytinq agentlikləri Azərbaycanda kredit reytinqini və ölkə üzrə reytinq proqnozunu "stabil"dən "pozitiv"ə yüksəltmişlər. "Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyiilk dəfə olaraq Azərbaycana investisiya səviyyəli beynəlxalq reytinq vermiş, yerlixarici valyutada verilmiş reytinq üzrə proqnozunu "sabit"dən "pozitiv"ə dəyişmişdir. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business 2009" hesabatında isə Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmişdir. Ölkəmiz "Doing Business 2010" hesabatında da öz mövqelərini qoruyub saxlamışdır. Eləcə də BMT-nin İnkişaf Proqramının əhalinin rifah səviyyəsini əks etdirən İnsan İnkişafı Hesabatında Azərbaycan son beş ildə 34 pillə irəliləyərək 169 ölkə arasında 2005-ci ildə tutduğu 101-ci yerdən 2010-cu ildə 67-ci yerə yüksəlmişdir. 2000-2010-cu illər üzrə ölkəmiz indeksin orta illik artım tempinə görə MDB məkanında qabaqcıl dövlətə çevrilmiş və "Orta insan inkişafı" qrupundan "Yüksək insan inkişafı" qrupuna qalxmışdır.

Beləliklə, Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti sayəsində iqtisadiyyatda keçid dövrü artıq başa çatmış və iqtisadiyyat keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə də qazanılmış uğurların davam etdirilməsi, iqtisadi inkişafın davamlığının təmin olunması məqsədilə dövlət başçısının müəyyən etdiyi siyasətə uyğun olaraq qarşıdakı illərdə prioritet istiqamətlər müəyyənləşdirilmişdir. Makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın diversifikasiyasının dərinləşdirilməsi, sənayeləşmənin sürətləndirilməsi, sənaye şəhərciklərinin yaradılması, aqrar sektorda intensiv metodların tədbiqinin genişləndirilməsi, tranzit potensialından səmərəli istifadə edilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun, Beynəlxalq Dəniz Ticarət Limanının və gəmiqayırma zavodunun inşasının başa çatdırılması, informasiyakommunikasiya texnologiyalarından istifadə imkanlarının artırılması və innovasiya fəaliyyətinin inkişaf etdirilməsi, ilk süni peykin orbitə çıxarılması, biznesinvestisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, dünya iqtisadi sisteminə inteqrasiyanın sürətləndirilməsi, xaricdə ticarət evlərinin yaradılması, ətraf mühitin qorunması, alternativ enerji mənbələrindən istifadə imkanlarının genişləndirilməsi, turizmin inkişafı, yüksək sosial rifahın və insan kapitalının inkişafının təmin edilməsi kimi istiqamətləri özündə birləşdirən bu vəzifələrin icrası, sözsüz ki, ilk növbədə Azərbaycanın müstəqil dövlət kimi daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

 

 

Azərbaycan.- 2011.- 21 avqust.- S.  1, 4.