Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılmışdır

 

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev avqustun 22-də Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıc ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq məsələlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

Səfir Hulusi Kılıc Türkiyə Respublikası Silahlı Qüvvələrinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi, briqada generalı Yüçel Karaüzü müdafiə naziri Səfər Əbiyevə təqdim etmişdir.

 

 

Azərbaycan.- 2011.-23  avqust.- S.  3.