Azərbaycan alimləri
Ankarada keçirilən beynəlxalq konfransda iştirak edirlər
Türkiyənin Bilkent Universitetində "İdarəetmə və optimallaşdırmanın sənaye tətbiqləri" mövzusunda III Beynəlxalq konfrans keçirilir.
Beynəlxalq konfrans Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev, ABŞ-ın İllinoys Universitetinin professoru Tamer Başar və Türkiyənin Bilkent Universitetinin professoru Hitay Özbay tərəfindən təşkil olunmuşdur.
AzərTAc xəbər verir ki, Azərbaycan, Türkiyə, Almaniya, ABŞ, İsveç, Bolqarıstan, Fransa, Hindistan və digər ölkələrdən olan tanınmış alim və mütəxəssislərin iştirak etdikləri beynəlxalq konfransda mövzu üzrə müzakirələr aparılır.
Tədbirdə Azərbaycan alimləri məruzələr edəcəklər.
Beynəlxalq konfrans avqustun 24-də başa
çatacaqdır.
Azərbaycan.- 2011.- 23 avqust.- S. 3.