Ukraynanın Prezidenti zati-aliləri cənab Viktor Yanukoviçə

 

Hörmətli Viktor Fyodoroviç!

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün Ukrayna xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu gün dost Ukrayna hərtərəfli inkişaf yolu ilə irəliləyərək dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin iqtisadi qüdrətinin artırılması və beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi istiqamətində ardıcıl addımlar atmaqdadır.

Əminəm ki, xalqlarımız arasındakı ənənəvi dostluq, qarşılıqlı inam və etimad münasibətlərindən qaynaqlanan Azərbaycan-Ukrayna tərəfdaşlığını, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində fəal əməkdaşlığımızı müvəffəqiyyətlə davam etdirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Ukrayna xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

 

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 avqust 2011-ci il

 

Azərbaycan.- 2011.- 24 avqust.- S.  1.