Cəbrayıl və Füzuli rayonları ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət etmişlər

 

Avqustun 23-də Cəbrayıl və Füzuli rayonlarının Ermənistan tərəfindən işğalının 18-ci ili tamam olmuşdur. Bununla əlaqədar həmin rayonların ictimaiyyətinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət etmişlər.

AzərTAc xəbər verir ki, doğma torpaqlarından didərgin düşmüş cəbrayıllı və füzulili məcburi köçkünlərin nümayəndələri, Milli Məclisin deputatları, yerli icra hakimiyyətlərinin başçıları Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələrini ehtiramla yad etmiş, məzarları üzərinə tər çiçəklər düzmüş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoymuşlar.

Milli Məclis sədrinin müavini Bahar Muradova jurnalistlərə müsahibəsində demişdir ki, biz bu gün təkcə rayonlarımızın işğal tarixini, şəhidlərimizi, itkilərimizi yada salmırıq, eyni zamanda, bu itkilərin əvəzini çıxmaq üçün məqsədlərimizə, hədəflərimizə necə çatmaq barədə dərindən düşünürük. Hesab edirəm ki, rayonlarımızın işğal tarixlərinin qeyd olunduğu bu gündə ölkəmizin müxtəlif bölgələrində məskunlaşan məcburi köçkünlərimizin bir yerə yığışması tezliklə doğma torpaqlarımıza qayıdacağımıza əminliyin təcəssümüdür. Bu gün bu müqəddəs and yerinə toplaşan yüzlərlə cəbrayıllı və füzulilinin adından demək istəyirəm ki, hər bir Azərbaycan vətəndaşı kimi, bizPrezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində həyata keçirdiyi siyasəti dəstəkləyirik.

 

 

Azərbaycan.- 2011.- 24 avqust.- S.  3.