Azərbaycan Fransaya nota vermişdir
Azərbaycanın Fransadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə Fransa parlamentinin bir qrup deputatının Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qeyri-qanuni səfəri ilə bağlı etiraz notası təqdim etmişdir.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, rəsmi Bakı notada fransız deputatların Dağlıq Qarabağa səfəri ilə bağlı izahat tələb etmişdir.
Xatırladaq ki, Ermənistan KİV-ləri
Fransadan olan bir qrup deputatın Azərbaycanın işğal
altında olan ərazilərinə səfər etdiyi, orada bir
sıra görüşlər keçirdiyi barədə xəbərlər
yaymışdır.
Azərbaycan.- 2011.- 24 avqust.- S. 3.