Fransa XİN: "Ermənistan özüdaxil olmaqla, beynəlxalq birliyin bütün ölkələri kimi Fransa da Dağlıq Qarabağın müstəqilliyini tanımır"

 

Fransa Milli Məclisinin (parlamentin aşağı palatasının) deputatlarının Dağlıq Qarabağa səfəri rəsmi Parisin üzərinə heç bir öhdəlik qoymuronun mövqelərini dəyişmir.

AzərTAc Rusiya KİV-yə istinadla xəbər verir ki, bu fikri Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibi Bernar Valero Parisdə keçirdiyi mətbuat konfransında səsləndirmişdir.

B.Valero demişdir: "Parlamentin üzvlərinə Dağlıq Qarabağa münasibətdə bizim mövqeyimiz haqqında xəbərdarlıq edilmişdi. Bu səfər Dağlıq Qarabağ münaqişəsinə münasibətdə Fransanın siyasətini əsla dəyişmir. Ermənistan özüdaxil olmaqla beynəlxalq birliyin bütün ölkələri kimi Fransa da Dağlıq Qarabağın müstəqilliyini tanımır".

O vurğulamışdır ki, bu regionun rəsmi beynəlxalq statusu yalnız bütün maraqlı tərəflərin qəbul edəcəyi dinc və ədalətli qərar çərçivəsində müəyyən edilə bilər.

Xatırladaq ki, bəzi erməni KİV-nin bir qədər əvvəl yaydığı məlumata görə Fransa Milli Məclisinin deputatları Gi Tesye, Jak Remile, Jorj KolumbyeValeri Buaye Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində səfərdə olmuşlar.

 

 

Azərbaycan.- 2011.- 24 avqust.- S.  3.