Ağstafa
rayonunun sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair əlavə tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. 11 min nəfər əhalinin yaşadığı 5
yaşayış məntəqəsini birləşdirən
Poylu-Xətai-Yenigün-Aşağı Göycəli avtomobil
yolunun tikintisi məqsədi ilə Azərbaycan
Respublikasının 2011-ci il dövlət büdcəsinin
dövlət əsaslı vəsait qoyuluşu xərclərinin
bölgüsündə kəndlərarası avtomobil
yollarının tikintisi və yenidən qurulması
üçün nəzərdə tutulmuş vəsaitin 2,3
milyon (iki milyon üç yüz min) manatı Ağstafa Rayon
İcra Hakimiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu
sərəncamın 1-ci hissəsində nəzərdə
tutulan məbləğdə maliyyələşməni müəyyən
olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 24 avqust 2011-ci il
Azərbaycan.-
2011.- 25 avqust.- S.1.