Azərbaycan Xarici İşlər Nazirliyi Fransa xarici siyasət idarəsinin bəyanatını alqışlayır

 

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa xarici siyasət idarəsinin mətbuat katibi Bernar Valeronun bəyanatını alqışlayır. Bəyanatda göstərilmişdir ki, Fransa Milli Məclisinin deputatlarının Dağlıq Qarabağa səfəri rəsmi Parisin mövqeyini dəyişmir və onun üzərinə heç bir öhdəlik qoymur.

AzərTAc xəbər verir ki, Azərbaycan XİN-in mətbuat xidməti bildirmişdir: "Təəssüf doğuran fakt odur ki, fransız deputatlar tamahkar maraqlara uyaraq Fransadakı erməni lobbisinin nümayəndələrinin əlində bir alətə çevrilmişlər".

 

 

Azərbaycan.- 2011.- 25 avqust.- S.1.