Fransanın Azərbaycandakı
səfirliyinin məlumatı
Fransanın Azərbaycandakı
səfirliyindən AzərTAc-a daxil olan məlumatda bildirilir ki, cari il
avqustun 23-də keçirilmiş
mətbuat saatında Fransanın Xarici
İşlər və Avropa Məsələləri
Nazirliyinin sözçüsünə fransalı
deputatların bir neçə gün əvvəl Dağlıq Qarabağa getməsi ilə bağlı
sual verilmişdir.
Bununla əlaqədar o
aşağıdakı bəyanatı vermişdir:
"Dağlıq Qarabağa münasibətdə
bizim mövqeyimiz deputatlara lazımi şəkildə
bildirilmişdir. Bu səfər nəticə etibarilə
Fransanın həmin münaqişə ilə bağlı
siyasətində üzərinə heç bir öhdəlik
qoymur və nə də onun siyasətini dəyişmir.
Fransa beynəlxalq birliyin bütün
ölkələri, o cümlədən Ermənistanın
özü kimi, bu ərazinin müstəqilliyini
tanımır.
Bu ərazinin beynəlxalq hüquqi statusu yalnız sülh yolu ilə, ədalətli
şəkildə və bütün aidiyyəti
tərəflər arasında
razılaşdırılmış həll çərçivəsində
müəyyən edilə bilər. Fransa
Birləşmiş Ştatlar və Rusiya ilə birlikdə ATƏT-in Minsk qrupuna həmsədrlik
edir. Buna əsasən ona, sonuncu Helsinki
Aktının prinsipləri əsasında və Fransa, ABŞ və Rusiya
prezidentləri tərəfindən dəfələrlə, o cümlədən "böyük
səkkizlərin" 2009-cu il Akvil və 2010-cu il Muskoka zirvə görüşləri
zamanı irəli sürülmüş təkliflərə
uyğun olaraq kompromis tapılmasına kömək etmək
öhdəliyi verilmişdir".
Azərbaycan.-
2011.- 25 avqust.- S.1.