Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı itkin düşmüş şəxslər
haqqında məlumat bazası yaradılmışdır
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında məlumat bazası yaratmışdır.
AzərTAc xəbər verir ki, məqsəd itkin düşmüş şəxslərlə bağlı məlumatları bir bazada toplamaq və gələcəkdə onların taleyinə aydınlıq gətirilməsinə yardım göstərməkdir.
Cari ilin yanvarında itkin düşmüşlər
ilə bağlı BQXK tərəfindən hazırlanmış
xüsusi məlumat bazası Əsir və İtkin
Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla
Əlaqədar Dövlət Komissiyasına təqdim
edilmişdir. Sorğular nəticəsində əldə
edilmiş məlumatlar mərhələli şəkildə
Dövlət Komissiyasına təqdim olunur. Azərbaycan
Qızıl Aypara Cəmiyyəti ilə birgə
aparılmış sorğu nəticəsində 4575 şəxs
itkin düşmüş kimi qeydə
alınmışdır.
Azərbaycan.- 2011.- 26 avqust.- S. 1.