ATƏT-in
Bakı ofisinin yeni rəhbəri Koray Tarqay Xarici İşlər
Nazirliyində olmuşdur
Avqustun
25-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
ATƏT-in Bakı ofisinin yeni rəhbəri, səfir Koray Tarqay
ilə görüşmüşdür.
Xarici
İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, görüşdə K.Tarqay ölkəmizdə
səfir təyin olunmasından məmnunluğunu ifadə
etmişdir. Diplomat fəaliyyət dövründə rəhbərlik
etdiyi təşkilatın Azərbaycanın xarici siyasət
idarəsi ilə sıx və səmərəli əlaqələr
quracağını demişdir.
K.Tarqayı təyinatı
münasibətilə təbrik edən E.Məmmədyarov ATƏT-in
Bakı ofisi ilə daim sıx və səmərəli əlaqələrin
olduğunu vurğulamış, bu əməkdaşlığın
daha da genişlənəcəyinə ümidvar olduğunu
bildirmişdir.
Azərbaycan.- 2011.- 26 avqust.- S. 4.