Moldova Respublikası Prezidentinin vəzifəsini müvəqqəti icra edən zati-aliləri cənab Marian Lupuya

 

Hörmətli cənab Lupu!

 

Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Moldova arasındakı dostluq və əməkdaşlıq münasibətləri zəngin ənənələrə malikdir. Əminəm ki, bu ənənələrin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda atdığımız addımlar daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Moldova xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.

 

 

Hörmətlə, İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 8 avqust 2011-ci il

 

Azərbaycan.- 2011.- 27 avqust.- S. 1.