Daimi nümayəndələr Qubaya səfər etmişlər

 

Azərbaycanda səfərdə olan BMT-yə üzv 8 ölkənin daimi nümayəndəsi avqustun 26-da Qubadakı kütləvi məzarlıqda olmuşdur. Qonaqlar soyqırımı zamanı vəhşicəsinə öldürülən insanların xatirəsini yad edərək məzarları önünə gül dəstələri qoymuşlar. Nümayəndələrə Quba soyqırımı məzarlığı və ermənilərin xalqımıza qarşı törətdiyi cinayət barəsində məlumat verilmişdir.

Qubaya səfər çərçivəsində qonaqlar Quba Olimpiya Kompleksi, Qırmızı qəsəbə və Qədim Quba Xalçaçılıq Mərkəzi ilə də tanış olmuşlar.

 

 

Azərbaycan.- 2011.- 27 avqust.- S. 3.