Əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur

 

Avqustun 26-da xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan ukraynalı həmkarı Konstantin Qrişenko ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Ukrayna Prezidenti Viktor Yanukoviçin Azərbaycana sonuncu səfəri zamanı tərəflər arasında əldə olunmuş razılıqların həyata keçirilməsi, iqtisadi və enerji sahələrində, eyni zamanda GUAM çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.- 27 aqvust.- S. 3.