Birləşmiş
Millətlər Təşkilatının Baş katibi zati-aliləri
cənab Pan Gi Muna
Hörmətli cənab
Baş katib!
Nigeriyanın Abuca şəhərində BMT-nin
qərargahı qarşısında törədilmiş
partlayış nəticəsində çoxsaylı insan tələfatı
xəbəri bizi son dərəcə
sarsıtdı.
Bu amansız hadisə
terrorizmə qarşı hər zaman və hamılıqla
mübarizə aparılmasının zəruriliyini bir daha təsdiq
edir. Biz bəşəriyyət üçün dəhşətli
bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pisləyir,
ona qarşı mübarizəni hər cür
dəstəkləyirik.
Baş
vermiş faciə ilə əlaqədar Sizə, həlak
olanların ailələrinə və yaxın adamlarına dərin
hüznlə başsağlığı verir, yaralananlara və
xəsarət alanlara şəfa diləyirəm.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 27 avqust
2011-ci il
Azərbaycan.- 2011.- 28 avqust.- S. 1.