Nigeriya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab Qudlak Conatana

 

Hörmətli cənab Prezident!

 

Abuca şəhərində terror aktı törədilməsi nəticəsində çoxsaylı insan tələfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.

Bu dəhşətli hadisədən hiddətlənir, terrorizmi qətiyyətlə pisləyir, onun bütün təzahürlərinə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə yaxın adamlarına dərin hüznlə başsağlığı verir, zərərçəkənlərin tezliklə sağalmasını arzulayıram.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 27 avqust 2011-ci il

 

Azərbaycan.- 2011.- 28 avqust.- S. 1.