Jurnalistlər arasında
"De-institusionalizasiya" mövzusunda müsabiqə elan
edilmişdir
Avqustun
27-də "İrəli" İctimai Birliyi və
"Dünyaya Baxış" təşkilatı
"De-institusionalizasiya ilə bağlı ictimai məlumatlılığın
artırılması" layihəsi çərçivəsində
elan olunmuş müsabiqə ilə bağlı seminar
keçirmişlər.
AzərTAc
xəbər verir ki, tədbir iştirakçılarına
jurnalistlər arasında elan olunmuş müsabiqə ilə
bağlı ətraflı məlumat verilmişdir. Eyni zamanda,
iştirakçılar "Azərbaycan Respublikasında
dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi
(De-institusionalizasiya) və alternativ qayğı Dövlət
Proqramı (2006-2015-ci illər)" çərçivəsində
görülmüş işlər, proqramın həyata
keçirilməsində qeyri-hökumət təşkilatlarının
rolu barədə ətraflı
məlumatlandırılmışlar.
Uşaqların
rifahının yüksəldilməsi ilə bağlı məsələlərin
Azərbaycan hökumətinin daim diqqət mərkəzində
olduğunu söyləyən natiqlər
vurğulamışlar ki, 1992-ci ildə ratifikasiya edilmiş
Uşaq Hüquqları Konvensiyasından irəli gələn
vəzifələri həyata keçirmək məqsədilə
ölkədə uşaq hüquqları ilə bağlı
müxtəlif qanunlar qəbul edilmişdir. Konvensiyadan irəli
gələn tələblərə əsasən, dövlət
uşaq müəssisələrindən uşaqların bioloji
və digər alternativ ailələrə verilməsi, bu
uşaqların hüquqlarının qorunması hər zaman
diqqət mərkəzində olmalıdır.
Vurğulanmışdır
ki, 10 illik dövrü əhatə edən Dövlət
Proqramının məqsədi uşaq şəxsiyyətinin
tam və ahəngdar inkişafı üçün onun ailə
mühitində xoşbəxtlik, məhəbbət və
anlaşma şəraitində böyüməsinin zəruriliyi
nəzərə alınaraq dövlət uşaq müəssisələrindəki
uşaqların ailələrə verilməsi və alternativ
qayğının təşkili mexanizmlərinin
yaradılması, səmərəli işləməsinin təmin
edilməsidir.
Diqqətə
çatdırılmışdır ki, Dövlət
Proqramı qarşısında duran əsas vəzifələrdən
biri də De-institusionalizasiya ilə bağlı əhalinin məlumatlandırılması
və təbliğatın aparılmasıdır. Bu işlərin həyata
keçirilməsində jurnalistlərin üzərinə
böyük məsuliyyət düşür.
Bu məqsədlə
də jurnalistlər arasında keçirilən
"De-institusionalizasiya" mövzusuna həsr edilmiş
müsabiqə böyük əhəmiyyət
daşıyır.
Bildirilmişdir
ki, müsabiqəyə təqdim olunacaq materiallar
"De-institusionalizasiya nədir və nə üçün
lazımdır?", "De-institusionalizasiya və alternativ
qayğı sahəsində görülən işlər,
mövcud problemlər və onların həll yolları",
"Müəssisədə yaşayan uşaqların ailələrə
verilməsi və alternativ qayğıya cəlb edilməsi"
kimi məsələləri əhatə etməlidir.
Maraqlananlar
10 nominasiya üzrə keçirilən müsabiqə ilə
bağlı geniş məlumatı www.ireli.az saytının
elanlar bölməsindən əldə edə bilərlər.
Azərbaycan.- 2011.- 28 avqust.- S. 7.