Azərbaycanın
Qarsdakı baş konsulluğu Ramazan bayramı münasibətilə
şəhid ailələri və yoxsullara yardım etmişdir
Azərbaycanın Qarsdakı baş konsulluğu müqəddəs Ramazan bayramı ərəfəsində bu vilayətdəki şəhid ailələri və yoxsullara 306 qutu ərzaq yardımı göstərmişdir.
Baş konsulluğumuzun əməkdaşları yardım paketlərini Qars Sosial Xidmətlər İdarəsinə təhvil vermişlər. Şəhid ailələri və yardıma ehtiyacı olanların siyahısı isə Qars valisi Əhməd Qaranın nəzarəti altında tərtib olunmuş və diplomatik nümayəndəliyimizə təqdim edilmişdir.
Qars əhalisinə bayram təbriklərini
çatdıran baş konsul Ayxan Süleymanov bildirmişdir
ki, bu yardım Azərbaycan xalqının qardaş türk
xalqına müqəddəs Ramazan bayramı töhfəsidir.
Qars vilayətində diplomatik nümayəndəliyimizin fəaliyyətə
başladığı gündən bu yardımlar göstərilir.
Biz bayram yardımını Şəhid Ailələri və
Qazilər Dərnəyinə də təqdim etmişik.
Qars
Sosial Xidmətlər İdarəsinin müdiri Akın Oktay və
Şəhid Ailələri və Qazilər Dərnəyinin sədri
Muhsin Ağçay baş konsula təşəkkürlərini
bildirmiş, dost və qardaş Azərbaycan xalqının
yardımlarının ünvanlarına
çatdırıldığını söyləmişlər.
Oqtay
BAYRAMOV,
AzərTAc-ın xüsusi
müxbiri
Azərbaycan.- 2011.- 28 avqust.- S. 7.