Musiqi
terapiyası
Musiqi lap qədim zamanlardan bəri müalicə məqsədilə istifadə olunur. Ona görə ki, insanın həyatı həmişə musiqi ilə əlaqədə cərəyan etmişdir. O, gözünü işıqlı dünyaya açandan dərhal sonra anasının muğam üstündə beşik laylasını dinləmiş, yaşa dolduqca xoşuna gələn melodiyaları züm-zümə etmişdir. Hippokrat və Pifaqor öz xəsətələrinə musiqi ilə müalicə kursları təyin edir və yüksək müalicə effektinə nail olurdular. Bizim dövrümüzdə elmi surətdə sübuta yetirilmişdir ki, musiqi insanın fiziki və emosional vəziyyətinə müsbət təsir edir. Musiqi stresi azaldır, ağrıkəsən vasitə kimi təsir göstərir, ürək-damar sistemi xəstəliklərinin qarşısını alır, beyin hüceyrələrini stimullaşdırır, iş qabiliyyətini yüksəldir, immuniteti gücləndirir və s.
Musiqinin insan sağlamlığına şəfaverici təsirini insanlar çox qədimdən müşahidə etməyə başlamışdılar. Bizim yaşadığımız dövrdə də musiqi insanların sağlamlığının keşiyində duran, dinlənilə bilən məlhəmdir. Ritmi dəqiqədə 60 zərbə təşkil edən musiqi beyin fəaliyyətini normallaşdırır, onu dinləyən zaman adamın diqqəti və iş qabiliyyəti yüksəlir.
Musiqi terapiyası dinlənilə bilən dərmandır. Xüsusi olaraq seçilmiş melodiyalar insanın qəzəbini soyudur, ovqatını yaxşılaşdırır. İş qabiliyyətini yüksəldir. Klassik musiqini (məsələn, Üzeyir Hacıbəylinin "Çahargah" fantaziyasını, Fikrət Əmirovun "Şur" simfonik muğamını) dinləyən adamın informasiyanı qavramaq və yadda saxlamaq qabiliyyəti yaxşılaşır. Musiqinin ən böyük effekti sinir-psixi xəstəliklərin profilaktikası və müalicəsidir. Musiqi insanı həyəcanlandırmaq, sakitləşdirmək, ruhlandırmaq, şənləndirmək gücünə malikdir. XX əsrin sonunda Tarxanov soyadlı bir musiqi tədqiqatçısı sübut etmişdir ki, insanı şənləndirə bilən melodiyalar onun orqanizminə müsbət təsir göstərir, nəbzin döyünməsini ləngidir, ürək yığılmalarının gücünü artırır, damarların genişlənməsinə imkan yaradır, arterial təzyiqi normallaşdırır, qida həzmini stimulaşdırır, iştahı artırır, gecə yuxusuzluğunu aradan qaldırır.
Yazılanlara görə, Davud peyğəmbər özünün gözəl səsi və qədim musiqi aləti kifarda çalğısı ilə Bibliya padşahı Saulu ağır depressiya tutmalarından xilas etmişdi. Həkim Asklepiad musiqi sədaları ilə dava-dalaşları yatırır, şeypur səsi ilə karlara səsi eşitmək imkanı yaradırdı.
Roma həkimi Qalen musiqinin ürəyin işinin normallaşmasına və arterial təzyiqin aşağı salınmasına yardım göstərdiyini müəyyənləşdirmişdir.
Ürək yığılması tezliyini artırmaq istəyən şəxs sürətli və gur çalınan musiqi dinləməlidir. Kim sabit ürək ritmini bərpa etmək istəyirsə, ləng templə səsləndirilən musiqinin dinlənilməsinə üstünlük verməlidir. Könül oxşayan musiqi qanın da keyfiyyətinə müsbət təsir göstərir. Xoş musiqi qanda limfositlərin sayını artırdığı üçün orqanizmin fəaliyyəti yaxşılaşır və o, xəstəliyin öhdəsindən asanlıqla gəlir. Dərindən tənəffüs bacarığı orqanizmin ümumi vəziyyətini yaxşılaşdırır. Melodiyanın ritmi yeyin olduqca adamın dərindən tənəffüsünə, bununla da ağciyərlərin ventilyasiyasının yaxşılaşmasına səbəb olur. Kanada alimlərinin qənaətinə görə, musiqi müalicə prosedurlarının sayını azaldır və körpələrin tez bir zamanda şəfa tapmasına yardımçı olur. Musiqi dinləyən körpələr yaxşı yeyir, xəstəlik hisslərinə bir o qədər də məruz qalmırlar. Musiqi tənəffüs və ürək-damar sisteminə də yaxşı təsir göstərir.
Musiqi insanlarla ünsiyyət yaranmasına yardımçı olur. Alimlər müəyyənləşdirmişlər ki, musiqinin verdiyi xoşagələn emossiyalar baş-beyin qabığının tonusunu yüksəldir, maddələr mübadiləsini yaxşılaşdırır, tənəffüsü, qan dövranını stimullaşdırır, diqqəti artırır və s.
Musiqi çalınan əsərin xarakterindən, musiqi alətinin səsləndirilməsindən asılı olaraq seçici təsir göstərir. Klarnet çalınanda əsasən qan dövranına təsir edir. Skripka, kamança və fortepiano sinir sistemini sakitləşdirir, fleyta, balaban adama sakitləşdirici təsir göstərə bilir.
Həkimlər belə bir nəticəyə gəlmişlər ki, təzə doğulmuş, xüsusən də vaxtından tez doğulmuş körpələrə musiqi effektiv təsir göstərir. Ağrılı prosedurlar həyata keçirilən bəzi palatalarda ekspertlər tərəfindən müxtəlif musiqilər, hətta sakit beşik melodiyaları da səsləndirilir. Məşhur cərrah və bəstəkar, professor İbrahim Topçubaşov xəstələr üzərində cərrahi əməliyyatlar aparılan zaman ağrı hisslərini azaldan musiqi parçaları səsləndirilməsini lazım bilirdi.
Moskva göz xəstəxanalarında da cərrahi əməliyyatların mərhum professor Fyodorovun məsləhəti ilə musiqinin müşayiətilə aparıldığı da məlumdur. Belə hallarda musiqi dozasının düzgün seçilməsinə də xüsusi diqqət yetirilir. Müalicəvi musiqi kifayət qədər qısa olmalıdır ki, xəstə yorulmasın və müəyyən müdafiə reaksiyaları baş verməsin. Müalicəvi musiqi prosedurundan sonra xəstələrə bir qədər dinclik də verilir.
Alman tədqiqatçıları müəyyənləşdirmişlər ki, musiqi Aimmunqlobilinin anticisim sayını artırır və bununla da xəstəliklərlə mübarizə aparmağa kömək edir.
İngilis dramaturqu Uilyam Konqrin yazmışdır: "Musiqidə magiya qüvvəsi vardır. O, vəhşini ram edə, daşı yumşalda, qol-budaqlı palıd ağacını əyə bilir".
Musiqinin magiya qüvvəsini anlamaq və hiss etmək üçün insan öz həyatını musiqi ilə zənginləşdirməli, sevimli melodiyaları, ilk növbədə öz məmnunluğu naminə dinləməlidir.
Hələ Antik dövrlərdə musiqinin köməyi ilə insanların bir sıra ağır xəstəliklərdən şəfa tapması barədə faktlar vardır. Qədim insanların düşüncələrinə görə, nəbzin hər bir ritminə bu və ya digər xəstəlik uyğun gəlir. Bu ritmlər musiqi ədədləri sırası ilə yerləşir. Orta əsr italyan musiqi nəzəriyyəçisi Cozef Sarlinonun yazdıqlarına görə Senokrat adlı birisi nəfəslə çalınan gərənə alətinin səsi ilə ruhi xəstələrə öz əvvəlki sağlamlığını qaytara bilmişdi.
Troya qəhrəmanı Axill öz hirsini və qəzəbini lirada çalıb oxumaqla soyudurdu. Romalı həkim Qalen zəhərli ilan çalmış adamlara musiqidən zəhərə qarşı vasitə kimi istifadə etməyi məsləhət görürdü. İtalyanlar musiqi və rəqsi tarantul adlı zəhərli hörümçəyin sancması nəticəsində baş vermiş tarantizm xəstəliyinin müalicəsində ən effektiv vasitə hesab edirdilər. Xəstələr "Tarantella" adlı rəqsi əldən düşənə qədər xüsusi yeyinliklə oynayırdılar. Onlar inanırdılar ki, bədəndəki zəhəri yeyin rəqs etməklə kənarlaşdırmaq olar. İtaliyada bu yaxın illərə qədər "Tarantella" adlı səyyar musiqi kollektivləri şəhərbəşhər gəzib tarantizm xəstəliklərinə düçar olmuş xəstələrin rəqs etməsi üçün musiqi parçaları çalırdılar. Xəstələr də yeyin ritmli rəqsin sonunda şəfa tapacaqlarına inanırdılar. "Tarantella" rəqs havasından dünya bəstəkarları öz əsərlərində istifadə etmişlər. Alim Platon başağrısını tarladan yığılmış otlardan hazırlanmış dərmanla müalicə etməyi məsləhət görürdü. Müalicə magik xarakterli oxumalarla müşayiət olunurdu. Hesab edirdilər ki, mahnı oxumadan və musiqi çalmadan dərman öz müalicəvi təsirini göstərmir.
Demokrit
öldürücü infeksiyalar zamanı fleyta
çalğısını dinləməyi məsləhət
görürdü.
Böyük rus bəstəkarı Skryabin ilk dəfə olaraq aydınlaşdırmışdı ki, hər bir adam üçün rəngi qavramaq ilə musiqi tonallığı arasında əlaqə mövcuddur. İnsanın seçdiyi tonallıqda səslənən melodiyalar onun psixoloji ovqatına çox yaxındır.
Rus psixiatrı Korsakov belə qənaətə gəlmişdi ki, "musiqi insanın ovqatına səmərəli təsir göstərir. Əhvalın pozulması ruhi xəstəliklərin yaranması üçün güclü vasitədir. Deməli, musiqinin faydalı təsiri son dərəcə mümkündür. Ona görə də musiqinin psixoterapevtik imkanlarından bədəndə gedən fizioloji proseslərin idarə olunması məqsədilə istifadə olunmalıdır. Nəticədə musiqi şəfaverici təsir göstərir. Musiqinin vəhşi heyvanlara da xoş təsiri məlumdur.
Azərbaycanda da vaxtilə ayı oynadan qaraçılar şəhər və kəndləri dolaşarq "Şələküm Mələküm" deyə-deyə ayıları oynadırdılar. Anadangəlmə erməni oğrular "Şələküm Mələküm" rəqsini "Şalaxo" adı ilə özününküləşdirməyə cəhd göstərirlər. Azərbaycan rəqs musiqisi biliciləri bu rəqsi "Şələqoy" adı ilə təqdim edirlər. Meşədən bir şələ odun gətirən şəxsə müraciətlə şələni qoy rəqs edək deməklə "Şalaxo" yox, "Şələqoy" adını rəsmiləşdirmişlər. Böyük Azərbaycan yazıçısı Əbdürrəhim bəy Haqverdiyevin "Marallarım" əsərində bu rəqs "Şələküm Mələküm" adlanır.
Orta əsrlərdə musiqiylə müalicə praktikası affekt nəzəriyyəsi ilə sıx əlaqədə tətbiq olunurdu. Affekt nəzəriyyəsi vasitəsilə müxtəlif ritmlərin, melodiyaların insanın emosional vəziyyətinə təsiri aydınlaşdırılırdı. Pasiyentin temperamenti ilə onun bu və ya digər xarakterli musiqiyə verdiyi üstünlük arasındakı nisbət müəyyənləşdirilirdi. "Melanxoliklər ciddi, arasıkəsilməz kədərli harmoniyanı sevirlər. Qanları asanlıqla coşan sanqviniklər həmişə rəqs üslubuna diqqət yetirirlər. Bu cür harmonik hərəkətlərə xoleriklər də üstünlük verirlər. Deyildiyi kimi, musiqi müxtəlif qəbilələrin və xalqların şəfavermə və mədəniyyət ənənələrində başlıca rol oynamışdır. Amerika hinduları xüsusi yeraltı otaqlarda musiqi alətlərini kökləməklə şəfaverici mərasimlərə hazırlaşırdılar. Misirli memar İbrahim Kərim xüsusi formalar, fiqurlar və səslər vasitəsilə xəstələri sağaldırdı. O deyirdi ki, Misir piramidaları da şəfa vermə məqsədilə istifadə olunmuşdur.
Tibetin səs fincanları ürək üçün şəfaverci effekti ilə məşhurdur. Həmin fincanların, eyni vaxtda çıxardığı bir neçə harmonik səs insan bədəni ilə rezonans yaradır və xəstəyə stresi aradan qaldırmağa kömək edir. Beləliklə də bədəndə tarazlıq bərpa olunur.
Bir çox xalqların mədəniyyətində mövcud olan səs texnologiyaları mürəkkəb xarakterli mərasimlərdə məhz şəfaverici vasitə kimi tətbiq olunurdu. Müğənnilər tərəfindən hazırlanan və keçirilən şəfaverici mərasimlər özünün mürəkkəbliyinə görə ancaq böyük alman bəstəkarı Vaqnerin operalarının partituraları ilə müqayisə edilə bilər.
Kainatda baş verən bütün hadisələr rəqsi hərəkətlərin müəyyən kombinasiyasından ibarətdir. Müasir astroloqlar Zodiak işarələrinin not sırası səsləri ilə qarşılıqlı əlaqəsini müəyyənləşdirmişlər.
Hazırda musiqi terapiyası ağrını, qorxunu, gərginliyi azaltmaq, orqanizmin tonusunu qaldırmaq, depressiyanı aradan götürmək, tibbi reabilitasiya və fiziki təmrinləri müşayiət etmək üçün istifadə olunur. Musiqini dinləyən adamın diqqəti yüksəlir, əmək qabiliyyəti yaxşılaşır. Beyin neqativ emosiyalara enerji sərfini dayandırır, insanın ümumi ovqatı tədricən sabitləşir və o, rahatlıq tapır.
Düzgün tənəffüs sağlamlığın rəhnidir. Dərindən nəfəs almaq orqanizmin ümumi vəziyyətinə yaxşı təsir göstərir. Melodiyanın ritmi nə qədər yeyin olsa, tənəffüsümüz bir o qədər yeyinləşər və əksinə. Gözəl Azərbaycan musiqisini dinlədikdə tənəffüsümüz dərinləşir və sakitləşir. Xoşagələn musiqi qana da yaxşı təsir göstərir. Sevimli melodiyalar qanda limfositlərin miqdarını artırır, bunula da orqanizmin xəstəliklərlə mübarizə qabiliyyəti güclənir. Musiqi ürəyin fəaliyyətinə və arterial təzyiqə də təsir göstərir. Hipertoniklərə Mendelsonun "Toy marşı"nı və Azərbaycan bəstəkarlarının skripka konsertlərini dinləmək məsləhət görülür. "P-POM" səslərini qaldıranda ürəyin fəaliyyəti yaxşılaşır və təzyiq aşağı düşür. Uşaqların əqli qabiliyyətlərinin inkişafına Motsartın musiqisi yardım göstərir.
Musiqinin sağlamlığa təsiri belə
izah olunur. Səslərin vibrasiyası energetik sahə yaradır. Həmin sahə
insan orqanizminin hər bir hüceyrəsini
rezonans etdirir. İnsan "musiqili" enerjini udur və
bu enerji insanın tənəffüsünü,
nəbzini, ritmini,
arterial təzyiqini, temperaturu
normallaşdırır, əzələ
gərginliyini
aradan qaldırır.
Ona görə də düzgün seçilmiş melodiya
xəstə adamlara yaxşı təsir göstərir, beləliklə,
sağalma prosesini sürətləndirir.
Harmonik olmayan musiqi elektromaqnit dalğalarının köməyi
ilə qan təzyiqini, ürək yığılmalarının
tezliyini, tənəffüsün
ritmini və dərinliyini dəyişə
bilir.
Melodiya dinləyiciyə xüsusilə
intensiv və hərtərəfli təsir
göstərmək iqtidarındadır.
Melodiya təkcə emosiyaları deyil, həm də hissləri, obrazları canlandırır, bütün
həyati funksiyalara, xüsusən də sinir sisteminə, tənəffüsə və
qan dövranına güclü təsir edir.
Harmoniya bir-biri ilə uyarlıq təşkil edən bir neçə səs vasitəsilə akkord yaradılmasıdır. Bu akkordların
yaratdığı vibrasiyalar
sayəsində dinləyicinin
qəlbində harmoniya
hissləri, ya da dissonans (ahəngsizlik)
yaranır.
Musiqi intuisiyanı
inkişaf etdirir, təfəkkürü və
düşünmə qabiliyyətini
yaxşılaşdırır. O, intellektual
katalizator rolunda çıxış edə
bilir, hadisələrin
daxili xüsusiyyətlərini
intuitiv qavrama qabiliyyətini gücləndirir.
Musiqi beynəlmiləl dil olub, müxtəlif millətlərə, mədəniyyətlərə mənsub
adamları birləşdirmək
gücünə malikdir.
Musiqi müxtəlif
növ sərhədləri
dəf etməkdə köməkçi olur, insanların bir-biri ilə sözsüz ünsiyyət yaratmalarına
yardım göstərir.
Musiqi insanın estetik tələbatını artırır,
xüsusilə muğamlar
dinləyicilərin mənəviyyatını
paklaşdırır, onları
xoş əməllərə
səsləyir.
Azərbaycan muğamları isə qəlb dərmanıdır.
Arif HÜSEYNOV
Azərbaycan.- 2011.- 28 avqust.- S. 10.