Azərbaycan Prezidenti İlham Əliyev
Braziliyanın ölkəmizdəki səfirini diplomatik
fəaliyyətinin başa çatması
ilə əlaqədar qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Braziliya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paula Antonio Pereire Pintonun diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Görüşdə Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğu bildirildi, ölkələrimizin əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən müasir texnologiyaların tətbiqi sahəsində genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandı.
AzərTAc
Azərbaycan.- 2011.-1 dekabr.- S. 1.