Azərbaycan Prezidenti İlham Əliyev
ATƏT-in Minsk qrupunun
həmsədrlərini və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi
nümayəndəsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradkeni (ABŞ), Fransadan olan sabiq həmsədr Bernar Fasyeni və yeni həmsədr Jak Foru, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2011.- 1 dekabr.- S. 1.