Rumıniyanın Prezidenti zati-aliləri
cənab Trayan Beseskuya
Hörmətli cənab Prezident!
Rumıniyanın milli bayramı
- Birlik Günü münasibətilə Sizi və Sizin
simanızda bütün
xalqınızı öz
adımdan və Azərbaycan xalqı adından ürəkdən
təbrik edirəm.
Bu gün Azərbaycan-Rumıniya
münasibətləri strateji
tərəfdaşlıq səviyyəsinə
yüksəlmişdir. Dövlətlərarası münasibətlərimizin inkişafı,
eyni zamanda, çoxşaxəli dostluq
əlaqələrimizin daim
möhkəmlənməsi, əməkdaşlığımızın əhatə dairəsinin gündən-günə genişlənməsi
ilə müşayiət
olunur.
Əminəm ki, iqtisadi əməkdaşlıq
çərçivəsində ikitərəfli qaydada müvəffəqiyyətlə həyata keçirdiyimiz təşəbbüslərimizi ardıcıl şəkildə
davam etdirərək
regional enerji layihələrinin
gerçəkləşməsi işinə bundan sonra da mühüm
töhfələr verəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Rumıniya
xalqına əmin-amanlıq
və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
21 noyabr 2011-ci il
Azərbaycan.- 2011.-1 dekabr.- S. 1.