Azərbaycanın
Baş naziri
Qırğızıstan Prezidentinin
andiçmə mərasimində iştirak
etmək üçün Bişkekdə səfərdədir
Noyabrın 30-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Qırğız Respublikasının yeni seçilmiş Prezidenti Almazbek Atambayevin andiçmə mərasimində iştirak etmək üçün Bişkekə yola düşmüşdür.
Bu barədə AzərTAc-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilmişdir.
***
Həmin gün Baş nazir Artur Rasizadə Qırğızıstana gəlmişdir.
Baş nazir
Artur Rasizadəni Bişkekin
hava limanında
Qırğızıstanın iqtisadi tənzimləmə
naziri Uçkunbek Taşpaev və digər rəsmi şəxslər
qarşılamışlar.
Azərbaycan.- 2011.-1 dekabr.- S. 1.