Ümumrusiya Azərbaycan Konqresinin üçüncü qurultayından sonra qurumun birinci işçi iclası keçirilmişdir

 

 Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) mərkəzi aparatında konqresin noyabrın 25-də Moskvada keçirilmiş üçüncü qurultayından sonra birinci işçi iclası olmuşdur. İclasda konqresin gələcək fəaliyyəti, yaxın perspektivdə qarşıda duran vəzifələr müzakirə edilmişdir.

ÜAK-ın baş katibi Mikayıl Hüseynov bildirmişdir ki, bir sıra səbəblərə görə qurumun üçüncü qurultayını çox mühüm tarixi hadisə adlandırmaq olar. O demişdir: "Əvvəla, qurultay Rusiya üçün  əlamətdar və bir çox mənada taleyüklü olan ictimai-siyasi  hadisələr, yəni bu il dekabrın 4-nə nəzərdə tutulmuş RF Dövlət Dumasına seçkilər və 2012-ci ilin martında keçiriləcək prezident seçkiləri ərəfəsində olmuşdur. İkincisi, bu ilin iyulunda Dünya Azərbaycanlılarının 3-cü qurultayı keçirilmişdir. Nəhayət, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə xaricdə yaşayan azərbaycanlıların ictimai təşkilatlarının yaradılması siyasəti istiqamətində yaradılmış ÜAKn təsis edilməsinin bu il 10 ili tamam olmuşdur. Həmin istiqamətin bundan sonra da davamlı dinamik inkişafını özünün vətəndaşlıq borcu sayan Prezident İlham Əliyev ulu öndərin işini layiqincə davam etdirir".

Mikayıl Hüseynov xüsusi vurğulamışdır ki, çoxsaylı Azərbaycan diasporu ciddi elektoratdır indiki halda Azərbaycan diasporunun nümayəndələrini parlament prezident seçkilərinin keçirilməsinə  fəal qoşulmağa çağırmaq lazımdır. O qeyd etmişdir ki,  ÜAK  Vahid Rusiya partiyası, Ümumrusiya Xalq Cəbhəsi, habelə ölkəmizin dostluq tərəfdaşlıq telləri ilə bağlı olduğu Rusiyanın indiki siyasi xəttini davam etdirən digər ictimai təşkilatlarla sıx əməkdaşlıq edir.

Konqresin qarşısında duran vəzifələrdən söz açan baş katib diasporun güclənməsi, Azərbaycan-Rusiya dostluq əməkdaşlıq  münasibətlərinin inkişafına dəstək göstərilməsinin, regional təşkilatların fəaliyyətinin, gənclərlə işin genişləndirilməsinin  vacibliyi məsələləri üzərində ətraflı dayanmışdır.

Onun fikrincə, Azərbaycan konqresi müasir tələblərə cavab verən  daha dinamik hərəkətli təşkilat olmalı, həmçinin  Azərbaycan reallıqlarının, o cümlədən ÜAK-ın fəaliyyətinin təbliğinə dair səylərini artırmalıdır. Bununla əlaqədar olaraq, yerli KİV-lərlə  daha sıx əməkdaşlıq əlaqələri qurulmalıdır.  

 

 Asya Hacızadə,

AzərTAc-ın xüsusi müxbiri

 

Moskva

 

Azərbaycan.- 2011.-1 dekabr.- S. 3.