Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti əlahəzrət şeyx Xəlifə bin Zayed Al Nəhyana

 

 Əlahəzrət!

Ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin daim möhkəmləndirilməsi, əməkdaşlıq əlaqələrimizin genişləndirilməsi yolunda qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, Birləşmiş Ərəb Əmirliklərinin qardaş xalqına sülh və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı, 21 noyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 2 dekabr.- S. 1.