Birləşmiş
Ərəb Əmirliklərinin vitse-prezidenti,
Baş naziri, Dubay Əmiri əlahəzrət şeyx Məhəmməd bin
Rəşid Al Məktuma
Əlahəzrət!
Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim inkişaf edəcək və genişlənəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, qardaş xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 21 noyabr 2011-ci il
Azərbaycan.- 2011.- 2 dekabr.- S., 1.