Azərbaycan Prezidenti İlham Əliyev
Qana Respublikasının ölkəmizdəki
səfirinin etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Qana Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Set Korantenqin etimadnaməsini qəbul etmişdir.
Səfir Set Korantenq fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Set Korantenq etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan
Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Səfir
Set Korantenq Qana Respublikasının Prezidenti Con Evans Atta Millsin
salamlarını dövlətimizin
başçısına çatdırdı,
Azərbaycanda diplomatik
fəaliyyətə başlamasından
məmnunluğunu bildirdi.
O, ölkəsinin Azərbaycan
ilə yaxından əməkdaşlıq etməkdə
maraqlı olduğunu vurğuladı. Set Korantenq
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyev tərəfindən əsası
qoyulan quruculuq işlərini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini qeyd etdi. Azərbaycanda gedən inkişaf
proseslərinin onda böyük təəssürat
yaratdığını deyən
qanalı diplomat iqtisadi
inkişafla bağlı
Azərbaycanın təcrübəsindən
bəhrələnməyin önəmini
vurğuladı.
Dövlət başçısı Azərbaycanın da Qana ilə ikitərəfli
əlaqələrin inkişaf
etdirilməsində maraqlı
olduğunu dedi. Prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasına
üzv seçilməsi
ilə bağlı keçirilən səsvermə
zamanı Azərbaycana
verdiyi dəstəyə
görə Qana hökumətinə təşəkkürünü
bildirdi.
Dövlətimizin başçısı Prezident
Con Evans Atta Millsin salamlarına
görə minnətdarlığını
bildirdi, onun da salamlarını Qana dövlətinin başçısına çatdırmağı
xahiş etdi.
AzərTAc
Azərbaycan.- 2011.- 2 dekabr.- S. 1.