Prezident İlham
Əliyev Portuqaliyanın Azərbaycandakı səfiri xanım
Luisa Bastos de Almeidanın etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Portuqaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Luisa Bastos de Almeidanın etimadnaməsini qəbul etmişdir.
Səfir Luisa Bastos de Almeida fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Xanım Luisa Bastos de Almeida etimadnaməsini
Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan
Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycan Respublikası ilə
Portuqaliya Respublikası
arasında əlaqələrin
inkişaf etdirilməsi
üçün geniş
imkanların olduğunu
qeyd edən xanım Luisa Bastos de
Almeida ölkəmizə gələrkən
özü ilə iş adamlarından ibarət nümayəndə
heyətini də gətirdiyini dedi.
Dövlətimizin başçısı ölkələrimiz
arasında əməkdaşlığın
müxtəlif sahələrdə
genişləndirilməsinin zəruriliyini bildirdi. Prezident İlham
Əliyev xanım
Luisa Bastos de Almeidanın
ölkəmizdəki diplomatik
fəaliyyəti dövründə
bu əlaqələrin
genişlənəcəyinə əminliyini ifadə etdi.
AzərTAc
Azərbaycan.- 2011.- 2 dekabr.- S. 1.