Azərbaycan Prezidenti İlham Əliyev
Danimarkanın ölkəmizdəki səfiri Ruben
Madsenin etimadnaməsini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Danimarka Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ruben Madsenin etimadnaməsini qəbul etmişdir.
Səfir Ruben Madsen fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Ruben Madsen etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan
Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.
Dövlət başçısı Azərbaycan
Respublikası ilə Danimarka Krallığı
arasında münasibətlərin
uğurla inkişaf etdiyini vurğuladı. Prezident
İlham Əliyev Avropa İttifaqı-Azərbaycan
əlaqələrinin inkişafı
baxımından hazırda
ölkələrimiz arasında
əməkdaşlığın müxtəlif istiqamətlərdə,
o cümlədən iqtisadi
sahədə genişləndirilməsi
üçün yaxşı
imkanların olduğunu
dedi. Dövlət başçısı səfir Ruben Madsenin ölkəmizdəki diplomatik
fəaliyyəti dövründə
bu əlaqələrin
uğurla inkişaf etməkdə davam edəcəyinə ümidvar
olduğunu bildirdi.
Səfir Ruben Madsen Danimarka Kraliçası Ülyahəzrət Marqretenin
salamlarını və
ən xoş arzularını dövlət
başçısına çatdırdı. Ruben Madsen Azərbaycan Respublikası
ilə Danimarka Krallığı arasında
yaxşı əməkdaşlığın
mövcud olduğunu qeyd etdi. Danimarkalı
diplomat Azərbaycan iqtisadiyyatının
Avropada sürətli artım tempinə malik iqtisadiyyat olduğunu vurğuladı.
Ruben Madsen səfir kimi ölkəmizdəki fəaliyyəti dövründə
əlaqələrimizin daha
da inkişaf etdirilməsi işində
səylərini əsirgəməyəcəyini
bildirdi.
Dövlət başçısı Ülyahəzrət
Marqretenin salamlarına
görə minnətdarlığını
bildirdi, onun da salamlarını Danimarka Kraliçasına
çatdırmağı xahiş
etdi.
AzərTAc
Azərbaycan.- 2011.- 2 dekabr.- S. 2.