Azərbaycan Prezidenti İlham Əliyev
Rusiyanın «VTB» bankının prezidenti,
idarə heyətinin sədri Andrey Kostini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 1-də Rusiya Federasiyası "VTB" bankının prezidenti, idarə heyətinin sədri Andrey Kostini qəbul etmişdir.
Görüşdə MDB-yə üzv olan dövlətlərin "MDB-nin maliyyə bazarları: qlobal qeyri-sabitlik şəraitində sabit inkişaf yolları" mövzusunda IV Bakı Beynəlxalq Bank konfransının önəmi qeyd olundu, Andrey Kostinin Azərbaycana səfərinin onun rəhbərlik etdiyi bankla ölkəmizin maliyyə qurumları arasında əməkdaşlığının genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə edildi.
AzərTAc
Azərbaycan.- 2011.- 2 dekabr.- S. 2.