Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Baş nazirinin xanımı ilə görüşmüşdür

 

 İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti  Mehriban Əliyeva dekabrın 1-də ölkənin Baş naziri Mario Montinin xanımı Elza Monti ilə görüşmüşdür.

Görüşdə ölkələrimizin mədəniyyət və təhsil sahələrində birgə reallaşdırılan layihələr nəzərdən keçirildi, həmçinin Azərbaycan ilə İtaliyanın ali təhsil məktəbləri arasında tələbə və müəllim-professor mübadiləsinin həyata keçirilməsi barədə razılıq əldə olundu. Bununla yanaşı, Azərbaycan dilinin və mədəniyyətinin İtaliyada, italyan dilinin isə ölkəmizdə daha geniş tədris olunmasının vacibliyi xüsusi vurğulandı.

Mehriban xanım Əliyeva Elza Montini ölkəmizə səfərə dəvət etdi.

Sonra İtaliyanın Baş nazirinin xanımı Heydər Əliyev Fondunun prezidentinə İtaliya hökumətinin rəsmi qəbullar evi olan Villa Panfininin tarixionun yerləşdiyi ərazi haqqında ətraflı məlumat verdi. Elza Monti bildirdi ki, XVII əsrin birinci yarısında inşa olunan Villa Panfini italyan memarlığının şah əsərlərindəndir. Sənət dünyasının ən qiymətli incilərinin qorunub saxlandığı bina ictimaiyyətə ilk dəfə 1972-ci ildə açılmışdır.

Tanışlıqdan sonra Elza Montinin adından Azərbaycanın birinci xanımının şərəfinə ziyafət verildi.

Mehriban xanım Əliyeva və Elza Monti rəsmi foto çəkdirdilər.

 

 AzərTAc

 

Azərbaycan.- 2011.-2 dekabr.- S. 3.