Bir sıra ölkələrin Azərbaycandakı səfirləri ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər

 

Qananın, Əlcəzairin, Portuqaliyanın, Banqladeşin, Həbəşistanın, Danimarkanın və Vyetnamın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Set Korantenq,  Mouloud Hamai, Luisa Bastos de Almeida, Zulfiqur Rəhman, Mulatu Teşomen, Ruben MadsenFam Suan Şon dekabrın 1-də Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək, ulu öndərin abidəsini ziyarət etmişlər.

Diplomatlar xalqımızın ümummilli liderinin xatirəsini ehtiramla yad etmiş, abidənin önünə gül dəstələri qoymuşlar.

 

 AzərTAc

 

Azərbaycan.- 2011.-2 dekabr.- S. 3.