Gənc Azərbaycan musiqiçiləri Bolqarıstanda beynəlxalq müsabiqənin qalibi olmuşlar

 

 Bolqarıstanın Stara-Zaqora şəhərində  nəfəs alətlərinin gənc ifaçılarının VI Beynəlxalq müsabiqəsi keçirilmişdir.

AzərTAc xəbər verir ki, müsabiqədə Üzeyir Hacıbəyli adına  Bakı Musiqi Akademiyasının nəzdində orta ixtisas musiqi məktəb-studiyasının şagirdi Ənvər Kərimov və LeopoldMstislav  Rostropoviçlər adına 21 nömrəli uşaq musiqi məktəbinin şagirdləri  Nəcəf Vəliyev və İsrafil Rəsulov iştirak etmişlər. Kiçik, ortaböyük yaş qruplarında birinci yeri tutan gənc musiqiçilərimiz beynəlxalq müsabiqənin laureatı olmuşlar.

 

Azərbaycan.- 2011.- 2 dekabr.- S. 6.