Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İtaliyaya səfəri barədə «Roma xronikalari» qəzetində məqalə dərc olunmuşdur

 

 İtaliyanın nüfuzlu "Roma xronikaları" qəzetinin 2 dekabr tarixli nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın İtaliyaya səfəri və ölkənin baş nazirinin xanımı Elza Monti ilə görüşü barədə məqalə dərc olunmuşdur.

Məqalədə qeyd olunur ki, ölkəsinin müstəqilliyinin bərpasının 20-ci ildönümünün təbliği məqsədi ilə İtaliyada səfərdə olan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Elza Monti ilə görüşmüş, təhsil sahəsində əhəmiyyətli danışıqlar aparmışdır.

Qəzet dekabrın 2-də axşam Romanın opera binasında keçiriləcək tədbir ilə də bağlı məlumat vermiş, onun maraqlı proqramla yaddaşlarda uzun müddət qalacağını vurğulamışdır. Qeyd olunmuşdur ki, tədbirdə Elza Montinin də iştirakı gözlənilir.

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 3 dekabr.- S. 2.