İsveçin və Xorvatiyanın Azərbaycandakı
səfirləri ulu öndər Heydər
Əliyevin abidəsini ziyarət etmişlər
İsveçin və Xorvatiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri Mikael Eriksson və Drajen Hrastiç dekabrın 2-də Heydər Əliyev Sarayının qarşısındakı parka gələrək ulu öndərin abidəsini ziyarət etmişlər.
Diplomatlar xalqımızın ümummilli liderinin xatirəsini ehtiramla yad etmiş, abidənin önünə gül dəstələri qoymuşlar.
AzərTAc
Azərbaycan.- 2011.- 3 dekabr.- S. 2.