Tailandın Kralı Əlahəzrət Bhumibol Adulyadejə

 

 Əlahəzrət!

Ölkənizin milli bayramı - Təvəllüd gününüz münasibətilə SiziSizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Tailand münasibətləri bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edərək xalqlarımızın rifahına töhfələr verəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tailand xalqına əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 21 noyabr 2011-ci il

 

Azərbaycan.- 2011.- 4 dekabr.- S.  1.