Əhməd Davudoğlu: ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylərini gücləndirməlidir

 

 ATƏT-in Nazirlər Şurasının Vilnüsdə keçirilən 18-ci iclasında çıxış edən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirmişdir ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həlli istiqamətində səylərini gücləndirməlidir.

Ə.Davudoğlu demişdir ki, ATƏT bölgədə olan münaqişələrin həlli ilə bağlı öhdəliklərini hələ də yerinə yetirə bilməmişdir. Bu, təşkilat üçün mənfi bir haldır və onun nüfuzuna xələl gətirir. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ probleminin həlli istiqamətində bəzi təşəbbüslər göstərsə də, buna nail olmamışdır.   

 

Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

 

Ankara

 

Azərbaycan.- 2011.- 7 dekabr.- S. 1.