Prezidentin mətbuat xidmətinin məlumatı

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə telefonla zəng etmişdir.

Dövlət başçısı Rusiya Federasiyasının Federal Məclisinin Dövlət Dumasına keçirilən seçkilərdə siyahısına Dmitri Medvedevin başçılıq etdiyi  "Yedinaya Rossiya" Partiyasının qələbəsi münasibətilə Rusiya Prezidentini təbrik etmişdir.

Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Telefon söhbəti zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluqlarını bildirmiş, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliklərini ifadə etmişlər.

 

Azərbaycan.- 2011.- 6 dekabr.- S.1.